Səyahətə başlamaq çox asandır!
LAZIMİ SƏNƏDLƏR
- Xarici pasport
- İş yerindən/Təhsil müəssisəsindən arayış
- Bankdan arayış/Yaşayış xərclərinin ödənəcəyinin sübutu
- Otel bronu
- Səyahət sığortası
- Viza rüsumunun ödənilməsini təsdiq edən sənəd
- Ərizə forması
- Şəkil 3.5x4.5
- Bilet bronu
- Mülki vəziyyətin sübutu (evlilik şəhadətnaməsi, uşaqların doğum şəhadətnaməsi, həyat yoldaşının ölüm şəhadətnaməsi), əgər varsa
- Əvvəlki Şengen vizalarının nüsxələri, əgər varsa
- Dəvət məktubu
- Mülk haqqında sənəd, əgər varsa
- Şəxsiyyət vəsiqəsinin surəti
- Pasportun əsas səhifəsinin surəti
Viza xərclərinə 35 EUR səfirliyin rüsumu, 129 AZN səfirliyin administrativ xərcləri və 49 AZN bizim xidmət haqqı daxildir. Siz 49 AZN ödənişi onlayn olaraq, 35 EUR onlayn ərizə forması üçün ödənişi isə nağd olaraq bizə, 129 AZN ödənişi isə sənədləri təqdim etdiyiniz zaman Viza Müraciət Mərkəzində ödəyəcəksiniz.*
*Bəzi sənədlər İngilis dilinə notarial qaydada tərcümə və təsdiq edilməlidir. Bəzi sənədlərin orijinalı tələb olunur. Müraciətçi həddi-büluğa çatmadığı halda əlavə sənədlər tələb oluna bilər.
Vizam.az dünyanın istənilən ölkəsinə səyahət, təhsil və iş vizalarının alınması üçün sənədlərin hazırlanmasına kömək edən onlayn platformadır. Viza üçün müraciətin hazırlanması diqqətli yanaşma tələb edən çətin bir prosesdir.
Şirkətimiz sizə viza alınmasında maksimum yardım edir və prosesə cəlb olunmanızı minimuma endirir. Vizam.az rüsumunun bazarda mövcud qiymətlərlə müqayisədə daha aşağı olması bizim xidmətləri müştərilər üçün daha cəlbedici edir.
Veb səhifənin aydın interfeysi, sırf viza məsələlərində ixtisaslaşma və Yer kürəsinin istənilən nöqtəsinə viza tələbləri haqqında informasiyanı özündə toplayan məlumat bazası Vizam.az-ı xidmət bazarında unikal edir. Vizam.az-la dünyanı kəşf et!
Səfirliyin Azərbaycanda olub-olmamasından asılı olmayaraq dünyanın istənilən ölkəsinə səyahət vizalarına müraciətin təşkili.
Qısa-müddətli iş danışıqları, görüşlər və ya uzun-müddətli iş təkliflərinin əsasında hər növ iş vizalarına müraciətin hazırlanması
Qısa-müddətli kurslar, yay məktəbləri daxil bakalavr, magistr və ya doktorantura pilllələri üzrə təhsil üçün viza müraciətlərinin hazırlanması.
Tranzit, müalicə məqsədli və digər səyahət səbəblərindən ehtiyac duyulan istənilən növ vizanın hazırlanması.
İstənilən sualınız yarandığı təqdirdə bizimlə email, telefon vasitəsilə və ya ofisimizə yaxınlaşmaqla əlaqə saxlaya bilərsiniz.
İş saatlarımız:
Bazar Ertəsi - Cümə 09:00 - 18:00
Görüş saatlarımız:
Bazar Ertəsi - Cümə 09:30 - 16:30
info@vizam.az
Bakı şəh, Səməd Vurğun küç 43, World Business Center, 20-ci mərtəbə, AZ 1009