BLOG

AFRİKANIN ƏN CƏNUBUNA SƏYAHƏT! CƏNUBİ AFRİKA RESPUBLİKASI VİZASI

İYUN 2020, 18 430
AFRİKANIN ƏN CƏNUBUNA SƏYAHƏT! CƏNUBİ AFRİKA RESPUBLİKASI VİZASI

   Afrika qitəsinin ən cənubunda yerləşən, qitənin tək İnkişaf Etmiş Ölkəsi statusunu daşıyan, paytaxt Keyptaun şəhəri, Yohannesburq şəhəri ilə, təbiəti və coğrafiyası, Atlantik və Hind okenaları sahilləri ilə, gündəlik həyatının əyləncələri və bir çox belə nüanslarla dünyada tanınan Cənubi Afrika Respublikası hər il 20 milyona yaxın turisti qonaq edir. Bu cənub nöqtəsi sizin də marağınızdadırsa və səfərinizi reallaşdırmaq üçün vizaya ehtiyac duyursunuzsa, viza ilə bağlı bütün məlumatları bu məqalədə tapacaqsınız.

   Cənubi Afrika Respublikası Viza Növləri

   Cənubi Afrika Respublikası ölkəsinə planladığınız səyahətinizi Cənubi Afrika Respublikası səyahət vizası əldə edərək reallaşdıra bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Əgər siz Cənubi Afrika Respublikasında uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya burada yerləşən bir qurumda daimi işləmək istəyirsinizsə,  həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktublarınız olduğu təqdirdə Cənubi Afrika Respublikası milli vizasına da müraciət edə bilərsiniz. 

   Cənubi Afrika Respublikası Turizm Vizası

   Cənubi Afrika Respublikası vizasının təkgirişli və çoxgirişli növləri mövcuddur. Eyni zamanda siz yalnız ilk səfərinizi əhatə edəcək qısamüddətli vizaya və ya çoxgirişli və uzunmüddətli viza növlərinə də müraciət edə bilərsiniz. Bu, sizin səfərinizin məqsədindən və səfər intervalınızdan asılı olaraq dəyişir.

   Qeyd edək ki, Cənubi Afrika Respublikası vizası müraciətçilərə, adətən, 3 ay ərzində 1 ay qalmaq hüququ verən və çoxgirişli statusu daşıyan viza təqdim edir. Ancaq vizanın etibarlılıq müddəti və statusu dəyişə bilir.

   Cənubi Afrika Vizası Müraciəti üçün Sənədlər Toplusu

   Cənubi Afrika Respublikası vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Adınıza olan bank hesabından arayış* (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. 2 ədəd 3.5x4.5 ölçüdə, ağ fonda şəkliniz
  7. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  8. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  9. İngilis dilində doldurulmuş ərizə forması
  10. Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu
  11. Viza rüsumunun ödənildiyini təsdiq edən sənəd

   Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

   Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Cənubi Afrika Respublikasında qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 4.000-5.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə ölkə ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 60-70 dollar gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

   Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınıza və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

   Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

   Viza Proseduru

   Viza müraciəti Cənubi Afrika Respubikasının ölkəmizdə konsulluğunun fəaliyyət göstərməməsi səbəbilə CAR vizası müraciətləri bu ölkənin Ankaradakı səfirliyinə edilir. Viza müraciəti zamanı səfirlikdə şəxsi iştirakınız mütləq deyil, sənədləriniz kuryer vasitəsilə də göndərilə bilər.  

   Viza rüsumu 33 EUR-dur. Lakin, bu rüsum bank transferi ilə edildiyi üçün əlavə olaraq 30 EUR bank köçürməsi rüsumu da ödənilməlidir. Sənədlər kuryer ilə göndərildiyi üçün əlavə olaraq kuryer xidmət haqqı da vardır.  

   Qeyd edək ki, Cənubi Afrika vizası üçün müraciət etmiş şəxslərin viza nəticəsi, adətən, 3-7 iş günü ərzində bəlli olur. Yalnız bu müddətə sənədlərin kuryerlə daşınması kimi detallar aid deyil.

   Cənubi Afrika Vizası Alma Ehtimalı

   Bütün ölkələrin səfirliyinə viza müraciəti edərkən olduğu kimi Cənubi Afrikada da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığında olması (təcrübədə 400-500 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin olması sizin Cənubi Afrika vizası alma şansınızı artıran faktorlardır. Daha öncə səyahət tarixçəsi olmamış, yəni Şengen və ya digər viza sahibi olmayan şəxslər üçün Cənubi Afrika səfirliyi riskli səfirlik hesab olunmur. Təcrübəmizdə ilk vizalarını məhz bu səfirlikdən almış çox sayda müraciətçi olmuşdur. Əlbəttə, bunun üçün sizin digər bütün sənədləriniz qaydasında olmalıdır. Həmçinin, hər bir halda sizin daha öncə vizalarınızın olması Cənubi Afrika vizası alma ehtimalınızı yüksəldən faktorlardan biridir. 

   Cənubi Afrikaya Viza Dəstəyi

   Biz Vizam.az şirkəti olaraq sizə Cənubi Afrika Respublikası vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Bunlardan əlavə, biz sizə sənədlərinizin Ankaradakı səfirliyə kuryerlə çatdırılması və pasportunuzun geri qaytarılması, həmçinin viza ödənişinin edilməsi ilə bağlı da yardımçı ola bilərik. Bu əlavə xidmətin dəyəri 125 AZN təşkil edir. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Cənubi Afrika vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 95 AZN təşkil edir.

   Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 050/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

   “Afrikanın ən cənubunda olmamışam” deməyin! Xoş səyahətlər!