Səyahətə başlamaq çox asandır!

İstədiyiniz Viza növünü seçin

Tələb Olunan Sənədlər
*** Bəzi sənədlərin orijinalları tələb olunacaq.
Vizanın alınma müddəti

Viza xərci

Zəhmət olmasa, tələb olunan dokumentlərin skanlarını əlavə edərdiniz!
Anketi doldurun
Səyahət tarixləriniz

Vizam.az ilə onlayn ödəniş məbləği:

Aşağıdakı qayda və tələblərlə razıyam.

Hörmətli Müraciətçi,

Vizam.az-a müraciət etdiyiniz üçün təşəkkür edirik.

Vizam.az xidmətlərindən istifadəni seçməklə və ödəniş etməklə, siz doldurduğunuz məlumatların düzgünlüyünə zamin durur və bu informasiyaların viza sənədlərinin hazırlanmasında bizim tərəfimizdən istifadə olunmasına razılıq verirsiniz. Vizam.az sizin tərəfinizdən təqdim olunmuş informasiyaların doğruluğu ilə bağlı heç bir cavabdehlik daşımır.

Vizam.az heç bir viza müraciətçisinə vizanın alınması ilə bağlı 100% zəmanət vermir, bu, tam olaraq şirkətimizdən asılı olan bir proses deyil. Şirkət bu sahədə olan təcrübəsinə əsaslanaraq sizin sənədlərinizi müraciət olunan Səfirlik və ya Konsulluğun tələblərinə uyğun olaraq mükəmməl şəkildə hazırlanıb təqdim edilməsinə çalışır. Vizanın nəticələri daha çox sizin təmin etdiyiniz məlumatlardan və Səfirlik/Konsulluğun təhlilindən asılıdır.

Eyni zamanda Siz, bu şərtləri qəbul etməklə təsdiqləyirsiniz ki, gedəcəyiniz ölkənin qanun və tələblərinə tabe olacaq, yalnız vizanın icazə verdiyi müddət ərzində, viza növünün icazə verdiyi fəaliyyətlərlə məşğul olacaqsınız. Bu qaydaları pozacağınız təqdirdə bununla bağlı birbaşa cavabdehliyi Siz daşıyırsınız. Vizam.az şirkəti və sənədlərin hazırlanmasında bizimlə əməkdaşlıq edən digər tərəfdaş şirkətlər sizin qayda və qanunları pozmağınızla bağlı heç bir halda cavabdehlik daşımır.

Ödənişin geri qaytarılma şərtləri

Saytımızda qeyd olunan qiymətlər məzənnə fərqi, müraciət mərkəzləri, səfirliklər və konsulluqların tələblərindən asılı olaraq öncədən xəbər verilmədən dəyişə bilər. Bütün hallarda müraciətçi ödəniş prosesində son məbləği görür və ödəyir.

Müraciətçi  ödəniş etmədən öncə bütün qayda və şərtləri oxuduğunu və qəbul etdiyini təsdiq edir.

Geri ödəniş aşağıdakı hallarda həyata keçiriləcək (bura yalnız Vizam.az-un xidmət rüsumu daxildir):

 

  1. Müraciətçi saytımız vasitəsi ilə etdiyi ödənişin yanlış olduğunun fərqinə 24 saat ərzində vararsa və əgər xidmətə başlanılmayıbsa, Vizam.az xidmət rüsumu (ƏDV istisna olmaqla) geri ödəniləcəkdir. Müraciətçi bu halı sifarişin yerləşdirildiyi vaxtdan 24 saat ərzində elektron poçtumuza yazıb rəsmi şəkildə bildirməlidir.
  2. Vizam.az əməkdaşları tərəfindən sənədlər və ödəniş təhvil alındığı vaxtdan 24 saat keçibsə, ƏDV istisna olmaqla, xidmət haqqının 50%-i geri qaytarılır. Ödəniş geri qaytarılması imtina günündən növbəti 2 gün ərzində (sifarişin yerləşdirildiyi müddətdən 3 gün) mümkündür.
  3. Sənədlərin və ödənişin təhvil alındığı müddətdən 3 gün keçərsə, heç bir geri ödəniş tətbiq olunmur. Belə hallarda Vizam.az əməkdaşları ödənişi gələcəkdə ediləcək sifarişlərə görə öncədən ödəniş kimi qəbul edə bilər. Öncədən ödəniş kimi qəbul edilmə başqa agentliklər tərəfindən edilmiş sifarişlərə, yaxud səfirlik, müraciət mərkəzi və konsulluğun rüsumlarına şamil olunmur.
  4. Əgər müraciətçi sənədlərinin Vizam.az şirkəti tərəfindən təsdiq edilməsindən və lazımi viza rüsumlarının səlahiyyətli orqanlara ödənilməsindən öncə viza müraciətini ləğv edərsə, bu zaman müraciət mərkəzinin, səfirlik, konsulluq və ya hər hansı səlahiyyətli qurumun ödənişi tam şəkildə geri ödənilir.

Geri ödəniş yalnız elektron poçta ödəmə bildirişi əlavə olunmaqla rəsmi məktub yazıldıqdan sonra prosesə alınacaqdır. Proses yerli debit/kredit kartlar üçün 10 iş günü, beynəlxalq kartlar üçün isə 20-25 iş günü müddətində xidmətin göstərildiyi Vizam.az ofisi vasitəsi ilə həyata keçirilir.

Kuryer servisi, müvafiq vendor ödənişləri və tərcümə kimi müəyyən xərclər yalnız sadalanan proseslərə hələ başlanılmadığı təqdirdə geri ödənilə bilər. Vizam.az yuxarıda sadalanan və əməkdaş şirkətlərin göstərdiyi xidmətlərin geri ödənişini etməmək hüququnu əlində saxlayır.

Müraciətçi və Vizam.az arasındakı qaydaların hər hansı birinin pozulması ilə bağlı yaranan məsələlər fəaliyyət göstərilən ölkənin qanunvericiliyi vasitəsi ilə həll olunacaqdır.

Əməkdaşlığınız üçün təşəkkür edirik.

Haqqımızda


Vizam.az dünyanın istənilən ölkəsinə səyahət, təhsil və iş vizalarının alınması üçün sənədlərin hazırlanmasına kömək edən onlayn platformadır. Viza üçün müraciətin hazırlanması diqqətli yanaşma tələb edən çətin bir prosesdir.
Şirkətimiz sizə viza alınmasında maksimum yardım edir və prosesə cəlb olunmanızı minimuma endirir. Vizam.az rüsumunun bazarda mövcud qiymətlərlə müqayisədə daha aşağı olması bizim xidmətləri müştərilər üçün daha cəlbedici edir.
Veb səhifənin aydın interfeysi, sırf viza məsələlərində ixtisaslaşma və Yer kürəsinin istənilən nöqtəsinə viza tələbləri haqqında informasiyanı özündə toplayan məlumat bazası Vizam.az-ı xidmət bazarında unikal edir. Vizam.az-la dünyanı kəşf et!

Bizim Xidmətlərimiz


Səyahət Vizası

Səfirliyin Azərbaycanda olub-olmamasından asılı olmayaraq dünyanın istənilən ölkəsinə səyahət vizalarına müraciətin təşkili.

Təhsil Vizası

Qısa-müddətli kurslar, yay məktəbləri daxil bakalavr, magistr və ya doktorantura pilllələri üzrə təhsil üçün viza müraciətlərinin hazırlanması

İş Vizası

Qısa-müddətli iş danışıqları, görüşlər və ya uzun-müddətli iş təkliflərinin əsasında hər növ iş vizalarına müraciətin hazırlanması

Digər Servislər

Tranzit, Müalicə məqsədli və digər səyahət səbəblərindən ehtiyac duyulan istənilən növ vizanın hazırlanması

einstein
Mehrəli Əhmədli

Mənə Kanadaya təhsil vizası lazım idi. Bu vizanın əldə etmə prosesi çətin olunması barədə xəbərdar idim və aydın məsələdir ki, risk eləmək istəmirdim. Vizam.az mənim üçün bütün prosesi qısa müddət ərzində həyata keçirməyə qızıl fürsət idi. Mənə ərizə formasını doldurmaqda, viza mərkəzinə sənədləri hazırlamaqda və görüş vaxtını almaqda böyük dəstək göstərdilər. Prosesin başlanğıcından şirkət hər detala çox diqqətlə yanaşırdı və nəticə mənim gözləntilərimi tamamilə üstələdi. Təşəkkür edirəm, Vizam.az!  

einstein
Zülfüqar İsmayılzadə

Şri-Lankaya səyahət üçün viza lazım idi. Rəsmi viza formasını gördükdən sonra hətta getmək fikrindən belə daşınırdım. Amma Vizam.az-ın ərizə formasını 2 dəqiqə ərzində rahatlıqla doldurub göndərdikdən cəmi 1 gün sonra vizanı əldə etdim. Təşəkkürlər Vizam.az!

einstein
Vəli Əlioğlu

Müntəzəm olaraq Dubaya getməli olduğum üçün BƏƏ vizasını rahat ala biləcəyim bir şirkət axtarırdım. Son 2 səfərimin vizası üçün Vizam.az-a müraciət etdim. Hər iki halda 1-2 gün ərzində vizamı aldım. Operativlik və xidmət haqqının münasib olması Vizam.az şirkətini digər turizm agentliklərindən fərqli edən amillərdəndir. Ən əsası isə prosesin onlayn olması vaxtımıza qənaət etməyə kömək edir. Hər kəsə tövsiyə edirəm.

Bizimlə Əlaqə


İstənilən sualınız yarandığı təqdirdə bizimlə email, telefon vasitəsilə və ya ofisimizə yaxınlaşmaqla əlaqə saxlaya bilərsiniz. İş saatlarımız: Bazar Ertəsi - Cümə 09:00 - 18:00 Görüş saatlarımız: Bazar Ertəsi - Cümə 09:30 - 16:30

+994 50 300 01 35

Bakı şəh, Səməd Vurğun küç 43, World Business Center, 20-ci mərtəbə, AZ 1009